Birləşmiş Ştatlar Əfqanıstan və İraqdakı hərbi missiyalarda gürcü hərbçilərinin iştirakı nəticəsində 2,5 milyard dollar qənaət edib.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Gürcüstanın beynəlxalq təhlükəsizlik əməliyyatlarında fəal iştirakı ölkənin əsas strateji tərəfdaşları, o cümlədən ABŞ ilə əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayıb.
Kobaxidze həmçinin qeyd edib ki, bu missiyalar Gürcüstan ordusunun təcrübə qazanmasına və NATO ilə əməkdaşlığın güclənməsinə dəstək olub.
Natiq Səlim,
KONKRET.az