“Bütün bunlara baxmaq çox kədərli və təhqiramizdir. Koçaryan sınıb və bu barədə nə qədər ucadan danışmaq istəsək də, hər şey adi gözlə görünür”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni bloger Mikael Badalyan bildirib.
O, daha sonra yazıb:
“Tezliklə bir araya gələrək baş verənlərə görə günahkar hesab etdiyim hər kəsi qeyd edəcəyim bir mətn yazacağam. Bu barədə ən böyük platformalardan danışmağa davam edəcəyəm!
İndi gözümün qabağında iki şəkil var. Komandasının yetərincə vaxtının olmadığını söyləyən Robert Koçaryan və mənə nə qədər axmaq olduğumu izah edən Robert Koçaryanın komandasının nümayəndəsi. Görürəm ki, vaxtınız çoxdur və heç bir yerə tələsmirsiniz”.
Rəsmiyyə Şərifova,
KONKRET.az