Koçaryanın təşkilatı Paşinyanı “abort qurbanı” ADLANDIRDIbackend

Koçaryanın təşkilatı Paşinyanı "abort qurbanı" ADLANDIRDI

Ermənistanda Paşinyanı “abort qurbanı” adlandırıblar. 

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, yeni yaranan təşkilatın rəhbəri Ara Rostomyan Paşinyanı təhqir edib. O, baş naziri “abort qurbanı” adlandııb.

Rostomyan ölkədə hakimiyyəti dəyişmək üçün radikal proqramları olduğunu bildirib.

Medianın yazdığına görə, Paşinyanın əhatəsində olanlar da müxalifətin dövlət çevrilişi hazırladığını güman edir.

Ermənistan hökuməti hesab edir ki, bu təşkilatı Rusiyanın dəstəklədiyi Robert Koçaryan yaradıb və planları da Moskvanın göstərişi ilə o həyata keçirir.

“44 günlük müharibədə həlak olan hərbçilərin valideynlərini birləşdirən “Oğulların çağırışı” təşkilatının yaradılmasının arxasında ikinci prezident Robert Koçaryanın ofisi dayanır. Onlar dəstəyi və göstərişləri Moskvadan alır”, – deyə media yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*