backend

Kolerov: "KTMT-də qərar konsensusla verilir və o, Azərbaycanın tərəfindədir"

KTMT üzvlərinin əksəriyyəti Azərbaycanın tərəfindədir.

KONKRET.az xəbər verir ki, bu barədə “Regnum” agentliyinin baş redaktoru, tarixçi Modest Kolerov bildirib.

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan KTMT-nin reaksiyasından narazılığını bildirib və o, haqlıdır.

Amma KTMT-nin sizin sərhədinizi qorumağa kömək etməsini istəyirsinizsə, ilk növbədə sərhədə sahib olmalısınız. O, rəsmi olaraq mövcud deyil, qeyd olunmayıb və Ermənistanın özü də bu problemi tanıyıb.

Bundan başqa, KTMT üzvlərinin əksəriyyəti Azərbaycanın tərəfindədir. Ermənistanın əsas çatışmazlığı budur. Təşkilatda qərar konsensusla verilir və o, Azərbaycanın tərəfindədir. KTMT müdaxilə etməyəcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, ikinci çatışmazlıq odur ki, hazırda KTMT üzvləri arasında münaqişə davam edir və heç kim kömək etməyib. O əlavə edib ki, “Azərbaycan ona görə irəliləyir ki, müasir Ermənistan daha da geri çəkiləcəyinə ümid verib”.

“Paşinyan açıq şəkildə Bakının 5 prinsipi ilə razılaşdı, sonra isə öz tərəfdən əlavələri açıqladı. Amma bura Şərqdir, burada işlər belə getmir. Bundan başqa, Paşinyan Azərbaycanın 29,8 min kvadratmetrlik suveren ərazisindən çıxacağı təqdirdə ərazi bütövlüyünü tanıyacağını bildirib. Bu, Qarabağ timsalında növbəti ictimai güzəştdir. Azərbaycan daha da irəliləyəcək və heç kim buna mane olmayacaq. Bakıya genişmiqyaslı müharibəyə başlamaq lazım deyil, çünki hələlik bütün Ermənistanı almaq məqsədi yoxdur”, – deyə Modest Kolerov vurğulayıb.

O, İranın 2020-ci ildə işğal olunmuş ərazilərin azad edilməsi münasibətilə Bakını təbrik etməsindən təəccübləndiyini bildirib.

“Bu, çox pis əlamətdir, çünki bu o deməkdir ki, İran münasibətlərdə balansı saxlamağı dayandırıb. İrana heç bir ümid yoxdur. O bildirib ki, sərhədin dəyişdirilməsinin əleyhinədir, lakin bu, zəif bəyanatdır. Çünki sərhəd formal olaraq qorunub saxlanıla bilər və dəhliz ekstraterritorial olacaq”, – deyə tarixçi yekunlaşdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*