Kolleclərə 2 yeni təyinat təsdiqləndibackend

Kolleclərə 2 yeni təyinat təsdiqləndi

Kamran Nəsirov Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, Günel Qasımova isə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

KONKRET.az xəbər verir ki, bu barədə APA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Kamran Nəsirov Elm və Təhsil Nazirliyinin elan etdiyi bir neçə qrant müsabiqənin qalibi seçilib, “Təhsil menecerlərinin peşəkar inkişafı” proqramında, ADA Universitetinin “Bir müəllimin manifesti” ixtisasartırma proqramında və bir çox layihələrdə iştirak edib.

Günel Qasımova isə 2018-ci ildə Azərbaycan Milli Konservatoriyasında laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb, daha sonra baş laborant və “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında müəllim kimi fəaliyyət göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*