“İlyas İsmayılovun müalicəsi Mərkəzi Klinikanın reanimasiya şöbəsində davam edir. Onun səhhətində hər hansı dəyişiklik yoxdur”.
KONKRET.az xəbər verir ki, bu barədə Teleqraf.com-a Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev deyib.
Qeyd edək ki, insult keçirən sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir aydan artıqdır Mərkəzi Klinikada müalicə alır.
O, 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.
KONKRET.az