Kömür mədənində partlayış baş verdi – 30 nəfər öldübackend

Kömür mədənində partlayış baş verdi - 30 nəfər öldü

İranın Cənubi Xorasan vilayətindəki Təbas kömür mədənində qaz partlayışında 30 nəfər ölüb, 17 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin sədri bildirib.

Onun sözlərinə görə, 24 nəfərin axtarışları hələ də davm edir.

Xəsarət alan 17 nəfər xəstəxanaya yerləşdirilib.

Qəzaya “Mədənci” şirkəti tərəfindən idarə olunan mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub.

Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*