Konstantin Zatulin: “Qarabağ” yeddi rayondan beşini qaytarmalıdırbackend

Konstantin Zatulin: "Qarabağ" yeddi rayondan beşini qaytarmalıdır

“Mən əminəm ki, Qarabağ münaqişəsi, digərlər mnüaqişələrdən fərqli olaraq, çox asanlıqla həll oluna bilər. Və bu həllin mərkəzində bir kompromis durur”, – KONKRET.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə rəhbərinin birinci müavini Konstantin Zatulin “Birinci kanal”dakı “Pozner” proqramında deyib.

“Dağlıq Qarabağ probleminə münasibətim çoxdan formalaşmışıb. Bu qərarın mərkəzində bir kompromis dayanır. “Dağlıq Qarabağ Respublikası” və ya “Artsax Respublikası”nın özü heç kim tərəfindən tanınmır, amma mövcuddur və yaşayır. Mən sizə demək istəyirəm ki, onlar heç bir zaman heç nə ilə razılaşmayacaqlar, hətta formal Azərbaycanın tərkibinə qaytarılmağa belə… Sovet İttifaqı dağılanda belə, keçmiş Azərbaycan SSR-in sərhədləri daxilində Azərbaycanın qalması çətinləşmişdi, çünki onsuz da 1991-ci ildə artıq üç il idi ki, münaqişə gedirdi və Azərbaycan o zaman Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə tam nəzarət edə bilmirdi. Ona görə də “Qarabağ”ın öz müqəddəratını təyinetmə və Azərbaycandan müstəqilliyi hüququnu tanımaq lazımdır”, – deyə Zatulin bildirib.

Zatulin əlavə edib ki, kompromis isə müharibə zamanı özünümüdafiə qüvvələri tərəfindən işğal edilmiş Qarabağ ətrafındakı ərazilərin təhvil verilməsindən ibarət olmalıdır: “İki rayon “Qarabağ”ı Ermənistanla birləşdirdiyi üçün söhbət yeddi rayondan beşi barədə gedir”.

Bununla birlikdə, Zatulin əmindir ki, “ifrat millətçilər” bu kompromisin hər iki ölkədə gerçəkləşməsinə imkan vermirlər – Azərbaycanda hesab edirlər ki, Qarabağın hamısını geri almalıdırlar, Ermənistanda isə düşünürlər ki, qan bahasına alınan torpaqlar geri qaytarıla bilməz. Ona görə də, onun sözlərinə görə, “həm burada, həm də orada kompromisə getmirlər…”

Rusiyanın Ermənistan və Azərbaycanla münasibətlərinə gəlincə, Zatulin Rusiyanın bərabər uzaqlaşma və bərabər yaxınlaşmaya əməl etməyə çalışdığını vurğulayıb, amma çox güman ki, bu, hamı tərəfindən bəyənilmir: “Bu, kiminsə xoşuna gəlməyə bilər. Baxmayaraq ki, Ermənistanla hərbi ittifaq müqaviləmiz var, amma Azərbaycanla heç beləsi yoxdur, Qarabağ münaqişəsində Ermənistanın tərəfində vuruşmaq üçün hər hansı bir variant nəzərdən keçirmirik və bu vəziyyəti qeyri-münaqişə vəziyyətində saxlamağa çalışırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*