“Kontakt Home” DMX-nin sözçüsünü özündən çıxardıbackend

"Kontakt Home" DMX-nin sözçüsünü özündən çıxardı

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərov “Kontakt Home” mağazalar şəbəkəsinin fəaliyyətindən narazılıq edib.

KONKRET.az-ın xəbərinə görə, E.Kələntərov deyib ki, şirkət sifarişi vaxtında yerinə yetirmir.

“İki gün əvvəl “Kontakt Home”dan hədiyyə sifariş etmişdim ki, qızımın doğum gününə kimi Bakı ərazisində gətirib çıxartsınlar. Deyəsən, bu şirkətin bacarığı yalnız səs-küylü reklamlarla qulaq ağrıdıb, göz yormaqdan ibarətdir. Nə telefonlarına zəng çatır, nə də saytdakı nömrələri cavab verir. Uşağın ümid dolu baxışlarını görəndə “Kontakt Home”a ürəyimin ən dərin güşəsində saxladığım arzularımı yazıb Sizə başağrısı vermək istəmirəm. Amma gələcəkdə siz də “Kontakt Home”dan onlayn sifariş vermək istəsəz, əvvəlcə ibrətamiz sözlərimi yada salmağınızı istərdim. Ya da azı 7 gün əvvəldən sifariş edin” – E.Kələntərov qeyd edib.

pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*