Könül Vəlibəylinin qızının durumu ağırdırbackend

Könül Vəlibəylinin qızının durumu ağırdır

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xəsarət alan Ləman Hümbətovanın vəziyyəti ağırdır.

KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, L.Hümbətova “Yeni Klinika”nın Reanimasiya şöbəsinə təxliyə edilib.

Klinikadan verilən məlumata görə, pasiyentin vəziyyəti kritik olaraq qalır. O, hazırda süni tənəffüs aparatına qoşulub və reanimasiya şəraitində həkim nəzarətində saxlanılır.

Qeyd edək ki, noyabrın 21-də Yasamalda çoxmərtəbəli binada yanğın baş verib. Hadisə nəticəsində 3 nəfər həlak olub. Ölənlərdən biri Ləman Hümbətovanın anası, Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*