“Konyaspor”un avtobusu qəzaya düşdü – Xəsarət alanlar varbackend

“Konyaspor”un avtobusu qəzaya düşdü - Xəsarət alanlar var

Türkiyənin “Konyaspor” klubunun 19 yaşadək futbolçularından ibarət komandasını daşıyan avtobus qəza edib.

KONKRET.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Məlumata görə, “Beşiktaş”la səfər matçı üçün İstanbula gedən avtobus TEM şossesində yük maşınına çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər (2 futbolçu və sürücü) xəsarət alıb və həkim briqadaları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*