“Koronavirusa yoluxanı ziyarət etməyə gediblər” – Yaqut Qarayevabackend

"Koronavirusa yoluxanı ziyarət etməyə gediblər" - Yaqut Qarayeva

“Bu gün evdə 39-40 dərəcə temperaturu olan şəxslər koronavirus ayıb bir şeymiş kimi bunu gizlədirlər”.

KONKRET.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in şöbə rəisi Yaqut Qarayeva deyib.

O bildirib ki, bu, utanılası bir şey deyil, hamı yoluxa bilər: “Bu xəstəlikdən utanan həkimlərimiz də olub. Gizlətmək onun daha da ağırlaşmasına səbəb olur, buna görə də dərhal tibbi xidmətə müraciət etmək lazımdır.

Rayonların birində xəstənin analizinin pozitiv olduğunu biləndən sonra qonşuları və qohumları ona dəyməyə gəliblər. Koronavirus xəstələri sağalandan sonra da 21 günlük müddət gözlənilməlidir. Xəstələrə, ya da sağalanlara baş çəkməyi bu günlərdə etməməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*