“Körpələrə muncuq, boyunbağı taxmaq olmaz” – Ekspertdən tövsiyəbackend

"Körpələrə muncuq, boyunbağı taxmaq olmaz" - Ekspertdən tövsiyə

Mütəxəsisslər xəbərdarlıq edir ki, 3 yaşından kiçik uşaqların udma təhlükəsi olduğu üçün onların boynuna, qoluna təbii daşdan hazırlanmış muncuq, boyunbağı və sırğa kimi əşyalar taxmaq olmaz.

KONKRET.az xəbər verir ki, ankaralı həkim Doğuş Çalışkan ailələrə azyaşlı uşaqları mümkün qədər yad cisimlərdən uzaq tutmalarını tövsiyə edir.

Ekspert körpələrin bəzən yuyucu, təmizləyici vasitələri də  udduğunu vurğulayıb:

“Yuyucu, ağadıcı kimi qablaşdırılmış bütün təmizlik vasitələrinin ağzı kip bağlı olmalıdır. Açıq şəkildə satılan məhsullar heç bir halda satılmamalıdır. Bəzən rəngsiz yuyucu vasitələr su şüşələrinə qoyulur və şkaflarda saxlanılır. Uşaqlar bu vasitələrə çox maraqlıdırlar, onlar tapdıqları hər yeni şeyi sınamaq və dadmaq istəyirlər. Yuyucu vasitələri uşaqlardan uzaq tutmaq lazımdır ki, uzun müddət həyatlarına təsir edəcək problemlərlə qarşılaşmasınlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*