Körpəsini yerə çırpan ata ilə bağlı qərar verildibackend

Körpəsini yerə çırpan ata ilə bağlı qərar verildi

Bakıda övladını qəsdən yerə çırpmaqda təqsirləndirilən şəxslə bağlı qərar çıxarılıb.

Bu barədə təqsirləndirilən şəxsin vəkili Toğrul Şiriyev KONKRET.az-a məlumat verib.

O bildirib ki, Yasamal Rayon Məhkəməsi Samir Ağakərimovla bağlı qərar elan edib.

“Məhkəmə S.Ağakərimovun barəsində 4 ay həbs qətimkan tədbiri seçib”.

Qeyd edək ki, Yasamal rayonunun 4-cü Yasamal adı ilə tanınan Xaqani Dadaşov küçəsində S.Ağakərimov 11 aylıq körpəsini qəsdən yerə çırpıb. Uşaq ağır kəllə beyin travması alıb, baş nahiyəsi ciddi şəkildə zədələnib. Körpə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*