Korrupsioner məmurların evlərində uşaq bağçaları yaradılacaq – Prezidentdən təqdiredici addımbackend

Korrupsioner məmurların evlərində uşaq bağçaları yaradılacaq - Prezidentdən təqdiredici addım

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Türkmənistan prezidenti keçmiş yüksək vəzifəli təhlükəsizlik işçilərindən alınan evləri uşaq bağçalarına çevirmək tapşırığı verib. Xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunan İsgəndər Mulikov və Mailis Nobatovun evindən istifadə ediləcək.

Korrupsiyaya uğramış məmurlar arasında rahatlığı artırılmış yaşayış binaları, nəqliyyat vasitələri, çox miqdarda zərgərlik və pul kisələri tapılıb.

Qeyd edək ki, həbs edilən əmlakın ümumi miqdarı göstərilmir, ancaq prezident Berdiməhəmmədov “adı çəkilən şəxslərin oğurladıqları vəsaitlərin vətəndaşlara aid olduğunu” bildirib və hazırkı daxili işlər naziri Məmmədxan Çakiyevə bu pulların xüsusi bank hesablarına köçürmələrini və məktəb, xəstəxana, sağlamlıq evi, uşaq bağçası tikmələrini tapşırıb.

Xatırladaq ki, Türkmənistanın keçmiş daxili işlər naziri İsgəndər Məlikov bir sıra cinayətlər, o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə böyük miqdarda rüşvət almaqda ittiham olunur.

Türkmənistan Miqrasiya Xidmətinin keçmiş rəhbəri Meilis Nobatov oxşar cinayətlərə görə məhkum edilib. Prezidentin təhlükəsizlik xidmətinə də o, rəhbərlik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*