Korrupsionerlərin pulu ilə 62 məktəb TİKİLƏCƏKbackend

Korrupsionerlərin pulu ilə 62 məktəb TİKİLƏCƏK

Qazaxıstanda korrupsionerlərin pulu ilə məktəblər tikiləcək.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, ümumilikdə siyahıya 62 məktəb daxildir.

Belə ki, Astanada 7425 şagird yerlik 10 məktəbin tikintisi planlaşdırılır.

Bölgələrdə isə ən çox məktəb Almatıda (11550 yerlik 10) tikiləcək.

Türküstan vilayətində – 2050 yerlik 9, Cambılda – 2850 yerlik 6, Qızılordada – 2175 nəfərlik 5 və Mangistauda – 4800 yerlik 4 məktəb tikiləcək.

Qeyd olunub ki, məktəblərin tikintisinə 96 milyard 495 milyon tengənin ayrılması nəzərdə tutulur. Bu vəsait həm yeni məktəblərin tikintisinə, həm də mövcud müəssisələrin genişləndirilməsinə sərf olunacaq.

Martın əvvəlində təhsil naziri Qəni Beysembayev bildirib ki, 2023-cü ildə korrupsionerlərdən ələ keçirilən pullarla 70-dən çox məktəb tikiləcək.

Məlumata görə, Qazaxıstan Prezidentinin tapşırığı ilə korrupsiya cinayətləri üzrə ələ keçirilən vəsaitlər Təhsil İnfrastrukturuna Dəstək Fonduna göndərilir. Hazırda xüsusi hesabda 120 milyard tengəyə yaxın vəsait toplanıb və bu, məktəblərin tikintisi və təmirinə sərf olunacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*