Kortunov: “Moskva anlamalıdır ki,  Paşinyan Rusiyanı münaqişəyə təhrik edir”backend

Kortunov: "Moskva anlamalıdır ki, Paşinyan Rusiyanı münaqişəyə təhrik edir"

“Rusiyanın Qarabağ münaqişəsinə birbaşa hərbi müdaxiləsi ağılsızlıq olar. Çünki Rusiya ATƏT-in Münsk Qrupunun üzvü kimi tərəflər arasında əsas vasitəçi kimi çıxış etmək hüququndan dərhal məhrum olacaq ki, bu da arzuolunan deyil”.

KONKRET.az xəbər verir ki,  bu fikirləri Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru Andrey Kortunov bildirib.

Siyasi şərhçi vurğulayıb ki, “Bütün əvvəlki açıqlamalarını, o cümlədən Prezident Putinin Bakının arxasında dayanan Türkiyəyə qarşı gözlənilməz dərəcədə yumşaq mövqeyini nəzərə alaraq Moskvanın bu senarini seçəcəyinə inanmaq üçün heç bir səbəbi yoxdur. Bundan əlavə, Moskva anlamalıdır ki, Azərbaycana qarşı kəskin şəkildə sərt ifadələri ilə Nikol Paşinyan Rusiyanı münaqişəyə təhrik edir”.

Politoloq daha sonra bir məsələnin üzərində də ciddi dayanıb: “Lakin Nikol Paşinyandan şikayətləri olan Moskva incidilmiş Ermənistanın öz təsir dairəsini tərk etməsinə icazə verə bilməz.  Belə bir senari postsovet məkanındakı digər müttəfiqlərlə münasibətlər üçün pis bir nümunə olacaq və Rusiyanın bütün Avrasiya boyu strateji maraqları üçün son dərəcə xoşagəlməz nəticələrə səbəb ola bilər. Ona görə də Ermənistan uğrunda döyüşməkdən imtina edən Rusiya müttəfiqini məğlubiyyətdən qoruya biləcək silah tədarükü də daxil olmaqla, İrəvana digər kömək variantlarını nəzərdən keçirməlidir”.

Natiq Səlim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*