Kosova Türkiyəyə müraciət etdi: Ərdoğan nə cavab verəcək?backend

Kosova Türkiyəyə müraciət etdi: Ərdoğan nə cavab verəcək?

Kosovo Türkiyədən müqavilə əsasında minlərlə “Skydagger” tipli kamikadze dron partiyası alıb. 

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Albin Kurti məlumat verib.

Kurtinin sözlərinə görə, yeni dronların alınması mövcud “Bayraktar TB2” və “Puma” tipli pilotsuz uçuş aparatları ilə birlikdə ordunun zərbə gücünü daha da artıracaq.

Baş nazir qeyd edib ki, məqsəd “müasir döyüş taktikasına və yeni texnoloji nailiyyətlərə əsaslanan döyüş qabiliyyətli və birləşmiş ordu yaratmaqdır.”

Məlumata əsasən, Priştina silahlı qüvvələrin imkanlarını genişləndirmək və həm zərbə, həm də kəşfiyyat-əməliyyat tipli pilotsuz sistemləri arsenalına daxil etmək niyyətindədir. Lakin müqavilənin dəqiq həcmi, təhvil tarixləri və maliyyə şərtləri barədə əlavə məlumat açıqlanmayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*