Kostanyan: Ərdoğanın bəyanatları sülh prosesinə müsbət təsir göstərirbackend

Kostanyan: Ərdoğanın bəyanatları sülh prosesinə müsbət təsir göstərir

İrəvanın Xarici İşlər nazirinin müavini Vahan Kostanyan bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamaları Ermənistan–Azərbaycan sülh danışıqlarına müsbət təsir göstərib. O, “Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş”in paraflanmasını tarixi addım adlandırıb.

KONKRET.az xəbər verir ki. Kostanyan həmçinin sənədin Ermənistan–Türkiyə münasibətlərinin normallaşması üçün yeni imkanlar açdığını vurğulayıb.

Diplomat ümid edir ki, Ankara İrəvanın xoşməramlılığını sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması ilə cavablayacaq. Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə tərəflər sülh bəyannaməsi imzalayıblar.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*