Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Dəməşqə səfəri zamanı Suriyaya yardım göstərməyə hazır olduqlarını açıqlayıb.
KONKRET.az xəbər verir ki, Kostanyan İrəvanın Suriyaya yardım etməyə hazır olduğu sahələrinin adını çəkib.
Vahan Kostanyan suriyalı həmkarı Əsəd Əl-Şaybani ilə görüşdə İrəvanın Dəməşqə humanitar sahədə və islahatların həyata keçirilməsində yardım etməyə hazır olduğunu bəyan edib.
O səfərin erməni tərəfinin təşəbbüsü ilə baş tutduğunu açıqlayıb.
“Məqsəd Suriyanın yeni rəhbərliyi ilə əlaqələr qurmaq, iki ölkə arasında ənənəvi dostluq əməkdaşlığını bərpa etmək, həmçinin erməni icmasının problemlərini müzakirəyə çıxarmaqdır. Biz sosial-iqtisadi, humanitar, mədəni və təhsil sahələrində aparılan islahatlar və müharibədən sonra ölkənin yenidən qurulması kontekstində dəstəyə hazırıq”, – deyə Kostanyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az