Krasnodarda erməni iş adamı TUTULDUbackend

Krasnodarda erməni iş adamı TUTULDU

Krasnodarda polis “TK-Progress” şirkətinin erməni baş direktoru Suren Qriqoryanı saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” yayıb.

Nəşr qeyd edib ki, o, Krasnodar Ali Hərbi Məktəbinin kursantlar yataqxanasının yenidən qurulması zamanı Rusiya Müdafiə Nazirliyindən 7,2 milyon rubldan çox pul mənimsəməkdə şübhəli bilinir.

Qriqoryan xüsusilə külli miqdarda dələduzluqla bağlı cinayət işi çərçivəsində saxlanılıb. Hazırda saxlanılan şəxsin yaşayış və iş yerlərində axtarışlar aparılır.

Müstəntiqlərin fikrincə, Rusiya Müdafiə Nazirliyi ali hərbi məktəbin kursantları üçün yataqxananın tikintisinin başa çatdırılması layihəsinin dövlət sifarişçisi kimi çıxış edib. Müqavilə 25 avqust 2020-ci ildə bağlanıb. 2023-cü ildə Suren Qriqoryan cinayətkar qrupun tərkibində gördüyü işlər barədə qəbul aktlarına bilərəkdən yalan məlumatlar daxil edib.

“TK-Progress” şirkəti 7 milyon rubldan çox pul alıb. Məbləğ isə şirkətin baş direktoru və digər şəxslər arasında bölüşdürülüb.

Günel Mikayılova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*