Kredit götürmək istəyən şəhid ailələri oxusun: Faizi azaltmaq və müddəti uzatmaq üçün…backend

Kredit götürmək istəyən şəhid ailələri oxusun: Faizi azaltmaq və müddəti uzatmaq üçün...

“Hazırda qanunvericilikdə şəhid ailələri üçün kommersiya banklarının kredit şərtlərinə xüsusi güzəşt tətbiq olunması nəzərdə tutulmayıb”.

Bu fikirləri KONKRET.az-a iqtisadçı Xalid Kərimli səsləndirib. Onun sözlərinə görə, kommersiya banklarının kredit verilməsi zamanı faiz dərəcəsini azaltmaq və ya müddəti uzatmaq kimi güzəştlər etməsi onların daxili siyasətindən asılıdır:

Minimum əmək haqqı bu qədər artırılacaq - Xalid Kərimli açıqladı |  news365.az

“Qanunvericilikdə belə bir tələb yoxdur. Bank istəsə kampaniya keçirə və müəyyən güzəştlər edə bilər, amma bu, məcbur deyil” – ekspert vurğulayıb.

Xalid Kərimli qeyd edib ki, dövlət tərəfindən verilən güzəştli ipoteka kreditləri mexanizmində şəhid ailələri üçün xüsusi imkanlar mövcuddur:

Şəhid ailələrinin üzvlərinə güzəştli ipoteka krediti təqdim olunur;

• Vətən müharibəsi qəhrəmanlarının və Milli Qəhrəmanların övladları, eləcə də şəhid olmuş qəhrəmanların həyat yoldaşları bu imkandan yararlana bilirlər;

• Əgər şəhid övladı “gənc ailə” statusuna malikdirsə, o zaman güzəştli ipoteka kreditinə müraciət edə bilər.

Beləliklə, kommersiya kreditlərində xüsusi güzəştlər mövcud olmasa da, dövlət ipoteka proqramları vasitəsilə şəhid ailələrinə maliyyə dəstəyi təmin edilir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*