Kreml: Paşinyan KTMT-dən çıxmaq istəyir, amma ŞƏT-ə can atırbackend

Kreml: Paşinyan KTMT-dən çıxmaq istəyir, amma ŞƏT-ə can atır

Kreml sözçüsü Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq niyyəti ilə bağlı bəyanatına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Peskov Ermənistanın eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) maraq göstərdiyini vurğulayıb:

“Onlar (Ermənistan rəhbərliyi – red.) müxtəlif istiqamətlərdə siyasət aparmaq istədiklərini düşünürlər. Amma biz, təbii ki, bütün istiqamətlər üzrə maksimum əməkdaşlıqda maraqlıyıq. Bundan başqa, çoxşaxəli formatlardan əlavə, bizi ikitərəfli münasibətlərin çox sıx təbiəti birləşdirir”.

Qeyd edək ki, Ermənistan son aylarda KTMT-dən uzaqlaşma və Qərb strukturlarına yaxınlaşma siyasətini gücləndirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*