ABŞ Ermənistana rusları ərazisindən çıxarmağı təklif edib.
KONKRET.az xəbər verir ki, bunu “Tsarqrad” telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiya ABŞ-ın Ermənistana “rusları öz ərazisindən qovmaq” və təhlükəsizliyin təmin olunmasına yardım etmək təklifini açıq təxribat kimi qiymətləndirir.
“Bizdə belə bir məlumat var ki, onlar (ABŞ) ermənilərə rusları Ermənistandan, sərhədçiləri sərhədlərdən qovmağı məsləhət görüb. Hərbi bazanı çıxarın, amerikalılar kömək edəcək və təhlükəsizliyi təmin edəcək. Bu, açıq təxribatdır. Bu heç diplomatiya da deyil”, – Rusiya XİN rəhbəri bildirib.
Xuraman Etibarlı,
KONKRET.az