Kremldən Britaniyaya ŞOK HƏDƏ – Kəşfiyyat məlumatı qalmaqalıbackend

Kremldən Britaniyaya ŞOK HƏDƏ - Kəşfiyyat məlumatı qalmaqalı

Rusiya son günlərdə Ukrayna müharibəsi fonunda Qərb ölkələrinə qarşı ittihamlarını daha da sərtləşdirib. Fransa, Almaniya və ABŞ-ı Kiyevə dəstək verməkdə günahlandıran Moskva, xüsusilə Böyük Britaniyanı hədəfə alıb.

KONKRET.az xəbər verir ki, Kremlin iddiasına görə, London Ukraynaya kəşfiyyat məlumatları ötürürRusiya ərazisinə edilən hava hücumlarında dolayısı ilə iştirak edir. Rusiya rəsmiləri bildirirlər ki, Britaniya xüsusi xidmət orqanları Ukraynanın Rusiya daxilindəki strateji obyektlərə zərbə endirməsi üçün Kiyevə məlumat təmin edir.

Rusiya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yaydığı açıqlamada Britaniyanın bu addımını “birbaşa təxribat” kimi dəyərləndirib. Moskva xəbərdarlıq edib ki, bu fəaliyyət bölgədə gərginliyi artırır və hətta “Üçüncü Dünya Müharibəsi” riskini yarada bilər.

Kreml vurğulayıb ki, Britaniyanın Ukraynadakı fəallığı davam edərsə, Rusiya uyğun cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Qeyd edək ki, London hələlik bu ittihamlara rəsmi reaksiya verməyib. Daha əvvəl Britaniya Ukraynaya hərbi və kəşfiyyat dəstəyi verdiyini təsdiqləmiş, lakin bu dəstəyin Rusiya ərazisinə yönəlmiş hücumlarla əlaqəsi olduğunu qəti şəkildə təkzib etmişdi.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*