“Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının çıxarılması ilə bağlı heç bir siqnal yoxdur”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvanın Tavuş vilayətindən sərhədçilərin çıxarılmasını tələb edəcəyi barədə sözlərini şərh edərkən deyib.
“Bununla bağlı bizə heç bir siqnal daxil olmayıb. Gözləyirik ki, qısa müddətdə prezident Putinlə baş nazir Paşinyan bu və digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”, – Peskov bildirib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası başa çatdıqdan sonra Rusiya sərhədçilərinin Tavuş vilayətindən çıxarılacağını bildirib. Paşinyanın sözlərinə görə, bu o deməkdir ki, vəziyyət dəyişib, cəbhə xətti yoxdur, artıq sərhəd var.
Günel Mikayılova,
KONKRET.az