Kremlin Zəngəzur PLANI və ya İranın parçalanması fonunda Xameneiyə “Talışıstan” çağırışı – FOTO/VİDEObackend

Kremlin Zəngəzur PLANI və ya İranın parçalanması fonunda Xameneiyə "Talışıstan" çağırışı - FOTO/VİDEO

Aprelin 12-də Ermənistan-Azərbaycan sərhədində gərginlik yaşandı. Erməni təxribatı nəticəsində Azərbaycan ordusunda şəhid və yaralananlar oldu. Qarşı tərəfə daha böyük itki yaşatdıq. Ardınca atşkəs barədə razılıq əldə olundu. Amma bir anlıq hər kəs böyük müharibənin başlanacağını düşünürdü. Çünki…

KONKRET.az xəbər verir ki, atışmalar Gorus-Laçın istiqamətində olub. Toqquşmanın miqyası genişlənsəydi, döyüşlər Qafan-Qubadlı rayonlarını, daha dəqiq desək, bütün Zəngəzuru əhatə edəcəkdi.

“Dığa və ağa planı”

Bəzi ekspertlərin fikrincə, dünənki təxribatda Kreml izləri sezilirdi. Çünki İrəvan ilə Bakı danışıqlarının Avropa-Amerika masasına keçidi bəstəboy Putinin uzunsov stolunu narahat edirdi. Belə ki, sülhməramlı formulu ilə özünün bölgədəki gələcəyini sığortalamış görünən Rusiya regiondan təcrid olunmağa yaxındır. Buna əngəl olmaq üçün isə Cənubi Qafqazda Qarabağdan savayı başqa qaynar nöqtə də olmalıdır. Yəni Kreml Zəngəzur dəhlizi vədini əbəs yerə verməyib. Elə koridorla bağlı mübahisə predmetlərini də özləri hazırlayıb. Yoxsa jurnalistkən məqalənin nə olduğunu qanmayan Paşinyan baş nazir postunda “3 məntəqə” sxemini cıza bilməzdi. Burada 3 məntəqədən yox, bölgədəki sabitliyə qarşı çıxan üç mərdiməzardan bəhs olunacaq:

1. Rusiya;

2. İran;

3. Ermənistan.

11 aprel olayı Moskva ilə yanaşı, İrəvan və Tehrana da sərf edirdi. Ermənistan 2020-ci il kapitulyasiyası ilə Bakının şərtlərini qəbul etsə də, “Artsax” uydurmasından əl çəkmək istəmirlər. Çünki “miatsum” ideologiyalılar Fransa, Rusiya və İranın dəstəyi ilə yenidən ümidləniblər. “Dığa və ağa” planı isə ermənilərlə farsların ortaqlığıdır. Nikol hökuməti onsuz da aralarında informasiya savaşı gedən, qarşılıqlı həbslər və sərt rəsmi bəyanatlar müşahidə olunan Tehran-Bakı soyuqluğunu qaynar savaşa çevirmək niyyətindədir. Dünənki toqquşmada ermənilərin (bəlkə də elə farsların) İran dronlarından istifadəsi növbəti qriqoryan-ayətullah cicibacılığıdır.

– Azərbaycanın cavab atəşləri İranın Qafandakı suvaqsız konsulluğuna təhlükə yaratsaydı, bu, molla rejimi üçün ideal fürsət olacaqdı. Təhdidin həcmini anlamaq üçün II Qarabağ savaşında Naxçıvanda Rusiya helikopterinin (guya) vurulması ilə Kremlin istədiyi atəşkəsə (üçtərəfli bəyanat) vasitəçilik qazanmasını xatırlatmaq kifayətdir.

Lakin Azərbaycan üç qonşusunun – Rusiya, İran və Ermənistanın bədxah hiyləgərliklərinə bələddir. Ona görə də situasiyanı nisbi sakitliklə nəzarətdə saxladı. Ardınca feysbukun Azərbaycan kəsimində dünyanın yeni xəritəsi, İranın 3 hissəyə parçalanacağı barədə foto yayıldı.

Şəkildən də göründüyü kimi, parçalanmış keymolla rejimi Azərbaycanla sərhədə malik olmayacaq. Həmçinin indiyədək Xəzər konvensiyalarına maneə yaradan İran Xəzərin sahilinə də həsrət qalacaq.

Bu təhdidlərdən ürkərək hininə qayıdan farslar beçə-cücə yığıncağı keçirib və separatçılıq həmləsi ediblər. Belə ki, iranlı jurnalist Reza Abbasi Azərbaycanın cənub-şərq rayonlarının xəritəsini bölüşərək “Talışıstan” iddiasına qalxıb və ağasına çağırış edib:

“Vətənimiz Talışıstanı azad edin”.

İranın iç üzü açıldıqca niyə erməniləri “qırmızı xətt” adlandırdıqları üzə çıxır. Çünki hər ikisinin niyyəti Azərbaycan ərazisinin bir hissəsini qopartmaqdır. Lakin onlar qavramırlar ki, Odlar Yurdu ən güclü dönəmini yaşayır və daha torpaq ehsanları verilmir. Torpağımızda gözü olanların niyyətini oyub zəfəri bayram edən dövrümüzdür.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*