“Əlverişli şərait yaranarsa, Azərbaycan və Türkiyə “Qərbi Azərbaycan” ideyasını həyata keçirəcək”.
KONKRET.az xəbər verir ki, bu barədə Qafqaz üzrə mütəxəssis Aleksandr Krılov Alpha News-a müsahibəsində bildirib.
O bildirib ki, Azərbaycan bundan sonra bu danışıqların sonsuza qədər davam edəcəyi ilə barışmayacaq və ilk fürsətdə “Qərbi Azərbaycan” ideyasını həyata keçirəcək.
“Azərbaycan hərbi-güc ssenarisi seçib və ardıcıl olaraq onu həyata keçirir. Deməli, Azərbaycanın Ermənistanla sərhəd ərazilərinə asta-asta daxil olması davam edəcək.
Rusiya qoşunları Ermənistandan çıxarıldıqdan sonra Azərbaycan və Türkiyə üçün əlverişli şərait yaranacaq.
Vurğulayıram ki, İrəvanın tələbi ilə (əgər buna getsə) rus qoşunları Ermənistandan çıxarsa, o zaman onlar maksimum tapşırığın öhdəsindən gələ bilərlər.
Azərbaycan və Türkiyə “Qərbi Azərbaycan” ideyası və Ermənistan üzərində nəzarət” ideyasını həyata keçirəcək”, – Krılov deyib.
Ətraflı videoda:
Xuraman Etibarlı,
KONKRET.az