“Krımı fasiləsiz bombalamaq lazımdır” – ABŞ generalından TƏLƏBbackend

"Krımı fasiləsiz bombalamaq lazımdır" - ABŞ generalından TƏLƏB

Amerika Birləşmiş Ştatlarının Avropadakı ordusunun eks komandanı, general Ben Hoces səs-küy doğuran tələblə çıxış edib.

KONKRET.az xəbər verir ki, amerikalı general Krımın fasiləsiz bombalanmalı olduğunu deyib:

“Ukraynada ATACMS raketləri olsaydı, onlar Krımda yerləşən bütün rus qərargahlarını, sursat anbarlarını, nəqliyyat dəhlizlərini bombardman edə bilərdilər”.

Ben Hocesin fikrincə, belə olan təqdirdə Krım yarımadası Rusiyanın orada mövcudluğu üçün yararsız vəziyyətə düşər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*