“KTMT-ni parçalamaq cəhdləri həmişə olub və bundan sonra da davam edəcək” – Peskovbackend

"KTMT-ni parçalamaq cəhdləri həmişə olub və bundan sonra da davam edəcək" - Peskov

“KTMT-nin işinə müdaxilə cəhdləri davam edəcək”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işinə müdaxilə cəhdləri davam edəcək, lakin buna baxmayaraq, assosiasiyaya tələbat qalmaqdadır.

“KTMT-ni parçalamaq cəhdləri həmişə olub. Onlar bundan sonra da davam edəcək. Ancaq biz görürük ki, bütün çətinliklərə və iştirakçı ölkələr arasında mümkün ziddiyyətlərə baxmayaraq, bu struktur hələ də tələb olunur. O, öz aktuallığını və səmərəliliyini tam nümayiş etdirdi. Yəni Qazaxıstandakı vəziyyətin nizamlanması buna sübutdur”, – deyə Peskov vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*