Cənubi Koreyadakı hökumət mənbələri Kubada xidmət edən Şimali Koreyalı diplomatın keçən il Cənubi Koreyaya qaçdığını iddia edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hökumətdə adı açıqlanmayan bir məmur Şimali Koreyanın Havanadakı səfirliyində siyasi məsələlər üzrə müşavir vəzifəsində çalışan Ri İl Qyunun 2023-cü ilin noyabrında ailəsi ilə birlikdə Cənubi Koreyaya gəldiyini iddia edib.
Təxminən 9 il Kubada xidmət edən təcrübəli diplomatın Meksikada müalicə tələbi rədd edildiyi üçün məyusluq və qəzəb hissi ilə Cənubi Koreyadan sığınacaq istəyib.
Xatırladaq ki, bundan əvvəl Şimali koreyalı diplomat Ryu Hyun Voo 2019-cu ilin sentyabrında Seula sığınıb. Artıq bu, ikinci belə hadisə olub.
Hökumətin məlumatına görə, 2023-cü ildə 196 Şimali Koreyalı qaçqın Cənubi Koreyadan sığınacaq istəyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az