Kubra Əliyeva xərçəngə necə qalib gəlib? – “Elə bilirdim dünya mənimdir”backend

Kubra Əliyeva xərçəngə necə qalib gəlib? - "Elə bilirdim dünya mənimdir"

“Sol tərəfdə olduğu üçün ürəkdə sıxıntım var idi. Ağrı vermir, səni incitmir, öz işini görür, sonra canını alır”.

KONKRET.az xəbər verir ki, bu  sözləri Əməkdar artist Kubra Əliyeva “ATV səhər” proqramında deyib. Süd vəzi xərçəngindən əziyyət çəkən aktrisa xəstəliyə qalib gəldiyini deyib:

“İki, üç gün narahatçılıq hiss etdim. Gəlib, əməliyyat olunub, həmən xilas olmaq istədim. Əməliyyatdan sonra sevindiyimdən elə bilirdim dünya mənimdir, heç xəstəlik məndə olmayıb. Qorxmaq lazım deyil. Öz fəsadını bədənində göstərmədən, onu kəşf edin. Kəşf etsəniz, qalib gələcəksiniz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*