Banqladeş böyük sel fəlakəti ilə mübarizə aparır. Ölkənin cənub-şərqinə təsir edən leysan yağışların səbəb olduğu sel ölkə tarixində ən böyük daşqınlardan biridir. 1,5 milyon əhalisi olan şəhərin böyük hissəsi su altında qalıb, 18 nəfər həyatını itirib. Evlərində qalanların xilasetmə işləri davam edir.
KONKRET.az xəbər verir ki, güclü yağışlar nəticəsində göllərə çevrilən yollarda sular qalxıb, qayıqlar avtomobilləri əvəz edib. On minlərlə insan su basmış evlərində qalıb. Xilasetmə işləri qayıqlarla aparılıb.
Banqladeşin cənub-şərqi güclü yağışlar nəticəsində yaranan daşqınlarla mübarizə aparır. Minlərlə Banqladeşli daşqınlar səbəbindən yardım düşərgələrinə sığınıb. Xilasetmə işləri fasiləsiz
davamedir.
Şəhərdə yüz minlərlə insan təmiz su, qida və dərman çatışmazlığı ilə üzləşir. İtkilər olsa da, banqladeşlilər itmiş qohumlarını axtarırlar.
Banqladeşlilər baş verənləri təbii fəlakət kimi görmürlər. Onlar qonşu ölkə Hindistanı günahlandırırlar. Hindistanın daşan bəndlərlə bağlı heç bir xəbərdarlıq etmədiyi iddia edilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az