“Yoxlamalar bizə güclü təzyiqlər göstərilərək aparılır”.
KONKRET.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Kukla Teatrında apardığı və hələ də davam etdirilən yoxlama ilə bağlı keçirilən mətbuat konfransında Kukla Teatrının baş rejissoru Səidə Haqverdiyeva deyib:
“Yoxlamaya gələnlər bizə düşmən kimi baxırlar. Onlar izahatları diqtə ilə yazdırırlar. Çox az sayda insanda buna nail ola bilməyiblər. Bir insandan neçə dəfə soruşmaq olar ki, filankəsi tanıyırsanmı? Yoxlama gedir-gedir, yenidən başlayır. Düşünürəm, bu cür davam edərsə, 6 aydan da çox gedəcək. Burada məsələ məni susdurmaq və Rəşad Əhmədzadənin uzaqlaşdırılmasıdır”.