Kürdəmir sakinindən “Kalaşnikov” götürüldübackend

Kürdəmir sakinindən “Kalaşnikov” götürüldü

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional KONKRET.az-a qrupundan bildirilib ki, daxil olmuş məlumat əsasında Kürdəmir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən rayonun Xırdapay kənd sakini Dəyanət Əliyev həmin kənd ərazisində saxlanılıb.

Daha sonra RPŞ-yə gətirilən D. Əliyevin rayonun Sor-sor kəndində odlu silah gizlətdiyi müəyyən edilib.

Davam etdirilən tədbirlərlə onun kənd ərazisində gizlətdiyi atəşə yararlı vəziyyətdə olan AK-74 markalı “Kalaşnikov” aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*