backend

Kürdəmirdə avtomobil “KamAZ”a çırpıldı - Ölən var

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.AZ xəbər verir ki, hadisə royonun Sığırlı kəndi ərazisində, yolun 167,9-cu km-də qeydə alınıb.

Mingəçevir şəhər sakini, 2000-ci il təvəllüdlü Cabbarlı Ayxan Cəbi oğlunun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili Qaradağ rayon sakini 1974-cü il təvəllüdlü Şahverdiyev Bəxtiyar Əliosman oğlunun idarə etdiyi “KamAZ 55102” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza zamanı A.Cabbarlı və onun sərnişini Mingəçevir sakini 1990-cı il təvəllüdlü İsmayılova Könül Faiq qızı xəsarət alıb, digər sərnişin Mingəçevir şəhər sakini 1989-cu il təvəllüdlü Şıxıyev Rəşad Əlivan oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*