Kürdəmirdə kişi həyat yoldaşını bıçaqladıbackend

Kürdəmirdə kişi həyat yoldaşını bıçaqladı

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Xırdapay kəndində qeydə alınıb.

Aralarında yaranmış ailə münaqişəsi zəminində 27 yaşlı Göyüşova Şəhanə Rasim qızı həyat yoldaşı Göyüşov Seymur Əkrəm oğlu tərəfindən bədənin kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı yaxınlarının köməyi ilə dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*