Kürdəmirə yas mərasiminə gələn Masallı sakini bıçaqlandıbackend

Kürdəmirə yas mərasiminə gələn Masallı sakini bıçaqlandı

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə Karrar qəsəbəsində qeydə alınıb.

Belə ki, Masallıdan Kürdəmirə yas mərasiminə gələn 35 yaşlı Tomarov Rais Əzizağa oğlu mübahisə zəminində Kürdəmir rayonunun Xınıslı kənd sakini, 28 yaşlı Azaylı Bilal Ayadxan oğlu tərəfindən bıçaq xəsarəti alıb.

Yaralı ətrafdakı insanlar tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisəni törədən Bilal Azaylı polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır. /report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*