Son 24 saat ərzində Rusiyanın Kursk vilayətindən 720-dən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb.
Qeyd olunub ki, 14 rayonda 177 müvəqqəti yerləşdirmə mərkəzi yerləşdirilib. Onlarda 9,5 minə yaxın insan (2,5 mindən çoxu uşaqdır) var. 36 min nəfərdən çox insan isə tutumu 470-dən çox olan müvəqqəti yerləşdirmə mərkəzindədir.
Bundan əlavə, son 24 saat ərzində Kursk vilayətinə 360 tondan çox humanitar yük çatdırılıb. Ümumilikdə isə bölgəyə 1300 tondan çox humanitar yardım gəlib.
Natiq Səlim,
KONKRET.az