Kurska hücumla bağlı şok iddia – Ukraynalı əsgərlər İngiltərədə təlim keçib?backend

Kurska hücumla bağlı şok iddia - Ukraynalı əsgərlər İngiltərədə təlim keçib?

Rusiyanın Kursk vilayətinə hücum edən Ukrayna əsgərləri sözügedən əməliyyata İngiltərədə hazırlaşıblar.

KONKRET.az xəbər verir ki, bu iddianı “The Times” yayıb.

Bildirilib ki, Ukrayna silahlı qüvvələrinin bir qrup üzvü İngiltərə əsgərləri ilə birlikdə təlim keçiblər.

Onlar bina əməliyyatları və küçə döyüşləri üzrə simulyasiyaları icra ediblər. Təlim iyulda baş tutub.

Həmçinin yazıda qeyd olunur ki, Ukrayna tərəfi hücumları effektiv təşkil edə bilmir və tibbi ləvazimatlarla bağlı çətinlik yaşayırlar.

Xatırladaq ki, Ukrayna avqustun 6-da Kursk vilayətinə hücum edərək onlarla yaşayış məntəqəsini işğal edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*