Kuryer libaslı casuslar: SEPAH-ın yeni qorxu taktikasıbackend

Kuryer libaslı casuslar: SEPAH-ın yeni qorxu taktikası

İran xüsusi xidmət orqanları daxili təhlükəsizliyi təmin etmək adı altında yeni və qeyri-adi qorxutma taktikasına əl atıblar. İnsan haqları üzrə monitorinq qruplarının verdiyi məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) agentləri dinc sakinlərin mənzillərinə daxil olmaq üçün özlərini kuryer kimi təqdim edirlər.

Çatdırılma xidmətinin əməkdaşı libasında qapıları döyən casuslar mənzilə daxil olduqdan sonra əsl kimliklərini açıq bəyan edərək vətəndaşları psixoloji təzyiqə məruz qoyurlar.

KONKRET.az xəbər verir ki, mənzillərə bu yolla daxil olan təhlükəsizlik qüvvələri sakinləri müxtəlif fəaliyyətlərdə, əsasən də ölkədəki tətilləri lentə almaqda, infrastruktur obyektlərinə endirilən zərbələrin fəsadlarını qeydə almaqda və ya sosial şəbəkələrdə “hökumət əleyhinə” videolar yaymaqda ittiham edirlər. Bu üsul iranlılar arasında ciddi təşvişə səbəb olmaqla yanaşı, insanların öz evlərində belə özlərini təhlükəsizlikdə hiss etməmələrinə gətirib çıxarıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*