Kutayevdən ermənilərə “zərbə”: “Azərbaycan öz ərazilərini işğaldan azad edir”backend

Kutayevdən ermənilərə "zərbə": "Azərbaycan öz ərazilərini işğaldan azad edir"

“Rusiya təkcə Cənubi Qafqaza nəzarəti itirməyib, o eyni zamanda nüfuzunu da məhv edib. Kreml hazırda Ukraynadakı məğlubiyyətin acı nəticələrinə səbr etməklə məşğuldur. Əlbəttə, azərbaycanlılar indi başa düşürlər ki, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq lazımdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Qafqaz Xalqları Assambleyasının sədri Ruslan Kutayev səsləndirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu fonunda regionda sülhün bərqərar olmayacağını dərk edir: “Ona görə də, mən əvvəllər səsləndirdiyim fikirləri yenidın təkrar edirəm. Ermənistan, İran və Rusiya ilə “oynamağı” dayandırmalıdır. Ermənistanın Azərbaycanla danışıqlara başlaması vacibdir. İstənilən halda bu iki xalq bir yerdə yaşamağa məhkumdur. Bütün müharibələr sülhlə bitir. Ən maraqlısı odur ki, əgər Ermənistan Azərbaycan və Türkiyə ilə danışıqlara başlasa, o zaman regiondakı bütün ticari-iqtisadi layihələrdən yararlana biləcək”.

Kutayev daha sonra ermənilərə səslənib və fikirlərini belə davam etdirib: “Azərbaycan öz ərazilərini işğaldan azad edir. Onlar Ermənistan ərazilərinə daxil olmurlar. Ona görə də, Rusiya və ABŞ-la “oynamağı”, lobbiçilikdən istifadə edərək xristian-müsəlman münaqişəsi yaratmağı dayandırmalısınız. Hələ İkinci Qarabağ Müharibəsi davam edəndə ermənilər Fransanı qızışdırmaq və guya ermənilərin qətlə yetirilməsi obrazını yaratmaq istəyirdilər. Beləcə onların məqsədi Qərbi xristian-müsəlman müharibəsinin getdiyinə inandırmaq idi. Amma bizim regionda heç vaxt xristian-müsəlman münaqişəsi yaşanmayıb. Ona görə də, biz heç vaxt dini münasibətlərin gərginliyindən danışmırıq. Çünki Qafqaz dəyərləri hər şeydən üstündür və biz o qaydaları aşmamalıyıq”.

“Əgər biz qafqazlıyıqsa, o zaman özümüz regiondakı bütün problemləri həll etməliyik. Bu məsələlərə nə Rusiyanı, nə İranı, nə də Türkiyəni qatmamalıyıq. Gəlin biz özümüz bütün problemlərin öhdəsindən gələk”, – deyə Qafqaz Xalqları Assambleyasının sədri fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*