“KVN-çilərimiz Şuşa adını dəyişməkdənsə, o festivala tüpürüb, çıxmalıydı” – Aqil Abbasbackend

"KVN-çilərimiz Şuşa adını dəyişməkdənsə, o festivala tüpürüb, çıxmalıydı" - Aqil Abbas

Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən komanda ermənilərin etirazından sonra Şuşa adını  “Buta” ilə əvəzləyib.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Manset.az-a açıqlama verən Milli Məclisin deputatı  Aqil Abbas ölkəmizi təmsil edən komandanın belə addım atmasını sərt tənqid edib:

“Şuşa adının dəyişdirilməsinə münasibətim çox pisdir. O festivala tüpürüb, çıxıb gəlməliydilər. Vəssalam, bunun ayrı yolu yox idi. O, ad uğrunda neçə qəhrəman oğullarımız şəhid olub, neçəsi sağlamlığını itirib. Müşfiq Abbasov açıqlamasında Ruben Jaqinyan adlı şəxsin onlara tədbirin təşkilatçılarının komandanın adını dəyişdirməyi təklif etdiyini bildirdi. İstəyir Jugen olsun, ya Qurgen, fərqi yoxdur. Onların Şuşa adını dəyişdirməyə nə ixtiyarı var? Gözləməzdim Müşfiqdən!”

Qeyd edək ki, komandanın rəhbəri Müşfiq Abbasov Baku.tv-yə müsahibəsində bildirib ki, onların ikinci tura keçmələri üçün Şuşa adının dəyişdirilməsini tələb edib.

  • Oxucu
    Yanvar 23, 2022 - 14:17

    Ad dəyişənlərə ayıb olsun!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • Vuqar
    Yanvar 23, 2022 - 15:06

    Bu gün ad dəyişəcək sabah da status.Musfiqkimilər çoxdu. prezident bələddir də bu camaata.Tək başına vuruşur Erməni ilə.

  • Vuqar
    Yanvar 23, 2022 - 15:08

    Bu gün ad dəyişəcək sabah da status.Musfiqkimilər çoxdu. ,20 il keçsin Ermeni nə desə onu edəcəyik.Sabir demiş qeyrətimiz bəllidir her millətə

  • Garachanta
    Yanvar 23, 2022 - 17:44

    Müşviq “Şuşa” adına biznes kimi baxır…Yəni “Buta” ona pul gətirəcəkdi…Papağını yerə soxum Müşviq…Şəhidlərimizin Ruhu Səni Bağışlamaz…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*