KXDR TV-si: Əhali arıqlamış Kim Çeni görəndə göz yaşı tökdü – FOTO/VİDEObackend

KXDR TV-si: Əhali arıqlamış Kim Çeni görəndə göz yaşı tökdü - FOTO/VİDEO

KXDR lideri Kim Çen bir neçə kiloqram arıqlaması həmvətənlərini nəinki narahat edib, bundan ürəkləri qopub.

KONKRET.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Renhap” xəbər agentliyi Şimali Koreyanın dövlət televiziyasının süjetinə istinadən məlumat verib.

Cənubi Koreyanın milli kəşfiyyatı 2020-ci ildə dövlət başçısının çəkisini 140 kq olaraq qiymətləndirib. Seulda deyilib ki, o hakimiyyətdə olduğu 10 ildə hər il 6-7 kq kökəlib.

İndi Şimali Koreya xalqı liderin xəstə olduğunu düşünür.

Bir sakin televiziya müxbirlərinə “hörmətli baş katibin arıqladığını görəndə insanların ürəyi sıxıldı, – deyib. – Hamı deyir ki, görəndə göz yaşımızı saxlaya bilmədik”.

Şimali Koreya lideri bir ay ərzində ilk dəfə ictimaiyyət qarşısına çıxıb. TV arıqlayan Kim Çenin Koreya Əmək Partiyası (KƏP) Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclasına necə rəhbərlik etdiyini göstərib. Onun saatının kəmərini həmişəkindən daha möhkəm sıxması da şimali koreyalıların gözündən yayınmayıb.

Nəşr Kim Çenin özünü arıqlatdığını da istisna etmir. Bu versiyaya görə, o, “ölkə daxilində imicini yaxşılaşdırmaq” üçün “yağ” itirməyə çalışır.

Xatırladaq ki, 2014-cü ildə Kim Çen gözdən itib, onun ölə biləcəyi bildirilib. Bir ay yarım sonra siyasətçi xalqın qarşısına əsayla çıxıb. Bundan sonra Cənubi Koreyanın kəşfiyyat agentlikləri Kimin ayağından əməliyyat olunduğunu irəli sürüb.

2020-ci ildə, koronavirus pandemiyasının başlanğıcında, KXDR lideri yenidən yoxa çıxıb və COVID-ə yoluxmuş ola biləcəyi barədə şayiələrə səbəb olub. Həmin yazda Kim KXDR-in qurucusu mərhum babası Kim İr Senin ad gününün təntənəli mərasimlərində iştirak edə bilməyib, lakin 20 gün sonra yenidən ictimaiyyətin üzünə çıxıb.

Hazırkı liderin atası, 69 yaşlı Kim Çen İr 2011-ci ildə ürək tutmasından ölüb.

 

/qaynarinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*