İspaniya Səhiyyə Şurası ölkədə keçirilən bütün idman tədbirlərində tamaşaçı sayına məhdudiyyət qoyub.
KONKRET.az BBC-yə istinadən xəbər verir ki, bu, koronavirusa yoluxanların sayının artması ilə bağlıdır.
Futbol oyunları və açıq havadakı digər tədbirlərdə stadionun tutumunun 100 deyil, 75 faizi qədər azarkeş buraxılacaq.
Qapalı məkanlardakı 80 faizlik məhdudiyyət isə 50 faizə endirilib. Tədbirlər zamanı tamaşaçılar maska ilə əyləşməlidir.