Laçın polisi qanunsuz ov edən şəxsi saxladı – FOTObackend

Laçın polisi qanunsuz ov edən şəxsi saxladı - FOTO

Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Ağcabədi rayonunun Taxta körpü qəsəbəsinin Boz qobu adlanan ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov etməkdə şübhəli bilinən İmişli rayon Muradxanlı kənd sakini Nəcməddin Hüseynov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Saxlanılan şəxsdən müvafiq sənədləri olmayan 2 ədəd 16 çaplı “Tula” markalı ov tüfəngi və ovladığı çöl quşları götürülüb.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*