Laçın sakinlərinin bank kartlarından pul çıxaran şəxslər saxlanıldıbackend

Laçın sakinlərinin bank kartlarından pul çıxaran şəxslər saxlanıldı

Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində vətəndaşların etibarından istifadə edərək bank kartlarından müxtəlif məbləğlərdə pulu mənimsəyən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, bir qrup rayon sakini Laçın RPŞ-yə müraciət edərək müxtəlif məbləğlərdə pullarının mənimsənilməsi barədə məlumat veriblər.

Məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından istifadə edərək onlara məxsus bank kartlarından pulları çıxararaq mənimsəməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Ayxan Qarayev və Elmir Əliyev saxlanılıblar.

Hər iki şəxs dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*