Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola salındıbackend

Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola salındı

Bu gün Laçın şəhərinə və Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

KONKRET.az “Trend”ə istinadən xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı fevralın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 78 nəfər, Zabux kəndinə 4 ailə – 11 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 451 ailə, yəni 1705 nəfər, Zabux kəndinə 211 ailə, yəni 808 nəfərin daimi məskunlaşması təmin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*