Xəbər verdiyimiz kimi, bir qrup mədəniyyət və elm xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. Bunun bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin fərdi təqaüdü nədir? Kimlərə verilir?
KONKRET.az globalinfo.az-a istinadən bildirir ki, bu təqaüd Azərbaycanın ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə verilir.
Təqaüdün məbləği 1500 manatdır və ömürlük verilir.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, vəsait plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir.
Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.
Son statistik məlumatlara görə, 2024-cü ildə Prezidentin fərdi təqaüdünü alan şəxslərin 236 nəfəri kişi, 93-ü qadın olub. (329 nəfər)
2018-ci ildə bu rəqəm 414, 2019-cu ildə 416, 2020-ci ildə 416, 2021-ci ildə 365, 2022-ci ildə 341, 2023-cü ildə isə 345 olub. Yəni son illər Azərbaycan Prezidentinin fərdi təqaüdünü alanların sayında azalma baş verib.
Qeyd edək ki, təqaüd 2002-ci il iyul ayının 1-dən verilir.
Mòhterem prezident himayesinde xeste yetime baxan işlemeyen kirayede yaşayan tek analarada bele kòmeklikden gòsterin xahiş edirem. Bu bolluq dùnyada zúlùm cekirem.
Ali baş komandan Cenab İLHAM ELIYEV Cenablari xaish edirem veten muharibesi qazilerinde prezdent teqaudunu artirasiniz
İş isteyirsem yoxdu maş alan yerim yox pensiya alanım yox sosial vermirlər uşaq pulu vermirlər 3 uşaqı böyüt necə böyüdürsen bele məsələlərdə baxında .çox xaiş edirəm .necə yaşayaq biz
Men Sosiala elektron qaydada muraciet etmişdim ve bir aydan çox keçdi yoxlama geldi iki şexs ve behane ederek mene imtina vurublar mem şikayetçiyem olardan .
cox gozel insanlarin ehtiyacini oduyurler
2 ogul boyuduram.geleceyin eskeri olacag özüm islemiram is yox kiraya menzilde galib ipoteka oduyuruk.sosyal verilmir 1 il verildi kesildi veziyatimiz yahsideyl yoldawim islemir
Mən 3 cü qrup gözdən əlil 5 uşaqla 40 kvadrat evdə yaşayıram .hal hazırdada işdəyəm fəhləçiliklə zülm çəkirəm 3 dəfə boş boşuna mənə sosial yardımdan imtina gəlib cənab prezident mənədə sosial yardım almaga göstəriş verin Allah üçün
Universitet bitirib əlil ovladina görə evə məhkum olub işləyə bilmeyen anaları da nəzərə alın.Elil uşaqları da nəzərə alın.indi hərşey çox bahadır axı.En çox bizə qayğı gostermelidirler
Yaxşı pullar pulu olana verilir! Kasıb daha da batır varlı daha da artırır! Soxalar belə siyasətə
Ömür boyu toy müğənnisi, aşığı niyə prezident təqaüdü almalıdır? İstədikləri məbləğə toydan pul qazananlara bir də büdcədən niyə pul verilsin?
Salam hormetli İlham Əliyev cenablari men 3 uşaq anasi, yoldaşimin fehle maaşindan başqa gelir yerimiz yoxdu.dolana bilmirik.evimiz nemişlikden uçub tokulur başimiza uşaqlarim rutubetden tez tez xəstələnir, evimizin senedini duzelde bilmirik ki satib bu nemişlikden canimizi qurtaraq.Adiyyati orqanlar niye bizim sened işimizle maraqlanir axi. 14 ilden çoxdu biz sened arxasiyca düşmekden yorulmuşuq.
Çox xahiş edirem bize komekliyinizi esirgemiyesiniz