backend

Lavrenti Beriya – cəllad, yoxsa Vətən xilaskarı?

Lavrenti Beriya. Tarixdə birmənalı olaraq böyük cinayətlər törətmiş, adı müxtəlif ədadlətsiz qərarların qəbul edilməsində hallanan Sovet siyasi xadiminin xidmətlərindən danışanlar da tapılır. Həmin tarixçilər Beriyanın nəzarəti ilə uğurla həyata keçirilən Sovet atom bombasının sınağından geninə-boluna danışırlar. Əksəriyyətinin dediyi kimi o qanlı cəlladdırsa, bu tarixçilərə görə, o, kommunizm cəngavəri idi. Ümumiyyətlə, belə bir şəxsiyyəti obyektiv şəkildə qiymətləndirmək mümkündürmü?

İctimai düşüncədə Lavrenti Beriyanın adı və “Böyük Terror” anlayışı eyni asossiasiya doğurur.

Beriya şəxsiyyətinin müsbət tərəfini görən tədqiqatçılara görə, “Böyük terror” anlayışı Nikita Xruşovun dövründə – Sov.İKP-nin XX qurultayında “Şəxsiyyətə pərəstiş və onun nəticələri haqqında” məruzəsindən sonra ortaya çıxdı. O vaxta qədər Beriya çoxdan düşmən kimi ifşa edilib  güllələnmişdi. Bütün günahlarda onu günahlandırmaq çox rahat idi. Və yalnız Xruşşov üçün deyil, bütün digər partiya rəhbərləri üçün də əlverişli idi.

Beriyanın vicdanında bir çox nəhəng, inanılmaz dərəcədə günahlar və cinayətlər seriyası var.

Lakin onu 1937-1938-ci illərdəki “Böyük Terror”un yaradıcısı və ya ilhamçısı kimi adlandırmağın əleyhinə olanlar da az deyil. O dövrdə o ümumiyyətlə, Gürcüstanda idi və tamamilə fərqli işlərlə məşğul idi.

Ancaq Sovet cəmiyyəti Xruşovun qiymətləndirməsini qəbul etdi.

Keçmişə qayıdan tarixçilər vurğulayırlar ki, Stalin Sovet cəmiyyətini partiyanın əsas xətti ilə mübahisə etməkdən çəkindirdi. Bu işdə Yejovun danılmaz xidmətləri var. Doğrudur, Beriya onun arxasından da işlər görə bilirdi. Lakin bütün bunlara baxmayaraq Lavrenti Pavloviç yenidən kütləvi şüurda repressiyanın ilk və yeganə günahkarı oldu. Bu ona gətirib çıxardı ki, indi cəmiyyətimizdə sözlə desək, iki təriqət mövcuddur. Onlardan biri üçün Beriya, heç günahları olmayan bir müqəddəsdir, yoldaş Stalinin ən yaxşı tələbəsi, kommunizmin parlaq cəngavəridir. Digərləri üçün isə Beriya heç bir müsbət keyfiyyətləri olmayan qanlı bir canlıdır.

Qəribədir, digər inqilabçılardan fərqli olaraq Beriyanın adı nadir hallarda “savadsız tələbə” kimi ləkələnir. Bakı Politexnik İnstitutunun üç kursu – sonradan onun fəaliyyətinə təsir göstərə bildimi?

– Burada maraqlı bir təsadüf var. Sovet xarici kəşfiyyatı və əks-kəşfiyyatını Petroqrad Politexnik İnstitutunun məzunu, məşhur metallurgumuz Vladimir Qrum-Qrjımaylonun sevimli tələbəsi Artur Artuzov yaratdı. Artur Xristianoviç, yeri gəlmişkən, 1937-ci ildə “Böyük Terror” illərində Nikolay Yejovun əmri ilə güllələnmişdi. Lavrenti Beriya isə yarımçıq Bakı Politexnik  təhsili ilə 1938-ci ilin payızında Xalq Daxili İşlər Komissarı vəzifəsinə gəlir və Sovet xarici kəşfiyyatının mahiyyətcə məğlub olduğunu və artıq mövcud olmadığını görür. Dövlət Təhlükəsizlik Baş İdarəsi ( NKVD) Yejovun əsas qurbanı omuşldu.

Ancaq bu zaman müharibənin olacağı artıq aydın idi və kiminlə olduğu dəqiqləşmişdi. Ona görə də Beriya kəşfiyyatı bərpa etməyə başladı. Anlamaq üçün iki nümunə ilə qarşılaşmalı oluruq. Birincisi, əlbəttə ki, Ştandartenfürrer SS Max Otto von Ştirlis, daha doğrusu onun prototipi gestapodakı adamımız Villi Leman. Nikolay Yejovun fəaliyyəti sayəsində onunla əlaqə kəsildi, bunu həyata keçirən insanlar fiziki cəhətdən məhv edildi. Leman riskə getməli oldu –  Sovet səfirliyinə məktub atmalı oldu. Məktub Beriyaya çatdı və beləliklə Lemanı şəxsən tanıyan və onunla yenidən əlaqə qura bilən yeganə sağ qalan insanı tapdı. İkinci nümunə – Sovet kəşfiyyatının gələcək əfsanəsi Rudolf Abel Yejov dövründə orqanlardan qovulan və möcüzəvi şəkildə vurulmayan əsl adı Vilyam Fişer olan bir adam. Moskvada ictimai nəqliyyatda sürücü işləyib. O, orqanlara Beriya “Əslində bütün kəşfiyyatımız hardadır” sualını verdikdən sonra xüsusi xidmət orqanlarına qaytarılmışdı. Ona məlumat vermişdilər ki, elələri var ki güllələnib, bəziləri oturub ölüm cəzası gözləyənlərdi, bir neçəsi dindirilmə zamanı ölmüşdü, bir çoxları da atılıb və nə ilə məşqul olduqları da bilinmir. Beriya onların qeri qaytarılmasını əmr etdi.

Məhz burada onun təhsili özünü biruzə verdi.

Əlbətdə ki, Beriya, texniki işçi olaraq, bu işin vacibliyini və hər şeyin necə düzgün təşkil edilməsini  başa düşürdü. Digər tərəfdən Sovet uydurmalarını bəzi xüsusi yeniliklər adlandırmaq çox çətindir. Bəli, məhz uydurmalar ölkəyə bir çox şey verdi. Ancaq bəzən hər şey sadəcə dəhşətli görünürdü.

Bəs 1953-cü ildə bir milyondan çox məhbusun “sosialist qanunçuluğun bərpası” şüarı altında sərbəst buraxıldığı məşhur amnistiyada Beriyanın xidmətləri var?

Çex tarixçisi Peter Vaqner bu amnistiyanın Beriya tərəfindən sonrakı siyasi mübarizə məqsədi ilə bonuslar almaq üçün təşkil olunduğuna əmindir.

Partiya rəhbərliyi və hökumət: Lavrenti Beriya (1 sağdan), Georgi Malenkov (1 soldan), Vyaçedlav Molotov (3 soldan), Nikoly Bulanin (4 soldan) və Lazar Kaqanoviç (5 soldan) İosif STalinin nəşini aparkən…

 

Bütün bu amnistiyadan nəinki “ədalətsiz məhkum edilmişlər”, həm də Ukraynadan və Baltikyanı ölkələrdən açıq Hitler tərəfdaşları da azad olunublar. Onun məqsədi fərqli idi. O bir mərhəmət jesti ilə bərabər olanların arasında birinci olduğunu göstərmək və ali güc nailiyyətinə yaxınlaşmaq istiyirdi. Siyasətçinin sırf taktiki manevridir.

Beriyanın müharibə dövründə və sonrasında Sovet nüvə layihəsinə nəzarət etməsi onun nə dərəcədə böyük xidmətlərindən xəbər verir.

Yenə həmin tarixçilər iddia edir ki, məhz Beriyanın xidmətləri sayəsində amerikalılar SSRİ-nin 12 böyük şəhərinə nüvə zərbəsi planını həyata keçirməyə cəsarət etməmişdilər. Özüdə iki cəbhədə bir anda. Birincisi-atom silahı yaradılmışdı. İkincisi də onun tərəfindən yenidən qurulan kəşfiyyat ən yüksək peşəkarlıqla çalışırdı.

Hazırladı: Leyla ŞİRMƏMMƏDOVA

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*